Xaçmazda piyadanı maşın vurub
Hadisə
3650
14 Feb 2023 | 20:32

Xaçmazda piyadanı maşın vurub

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Gəndob-Yalama yolunun Müzəffəroba kəndi ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən piyadanı maşın vurub.

Ağır bədən xəsarətləri alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər