18:14
26°C
Bakı
İsrail hərbçiləri Misirdən böyük narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıblar.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 5-də hərbçilər Yoav regional briqadasının məsuliyyət zonasında Misirdən İsrail ərazisinə narkotik keçirməyə cəhd edən üç şübhəli şəxsi aşkarlayıblar. Hadisə yerinə gələn hərbçilər polislə birlikdə qaçaqmalçılıq cəhdinin qarşısını alıb, şübhəliləri saxlayıb və təqribən 50 milyon şekel (təxminən 14,2 milyon dollar) dəyərində 120 kiloqram narkotik vasitə müsadirə ediblər.