Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında qalaraq ölüb - FOTO
Dünya
4158
12 Feb 2023 | 20:16

Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında qalaraq ölüb - FOTO

Meksikadan Türkiyənin zəlzələ bölgələrində axtarış aparmaq üçün gələn Proteo adlı it dağıntılar altında qalaraq ölüb.

Bu barədə Meksikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Axtarış itinin ölümü ilə əlaqədar mərasim təşkil olunub:

“Qəhrəmancasına çalışdığın üçün təşəkkür edirik. Tapşırığın öhdəsindən gəldin, Proteo”, - deyə nazirliyin paylaşımında qeyd olunub.

Qeyd edək ki, Meksika hökuməti dağıntılar altında qalan vətəndaşların həyatını xilas etmək üçün Türkiyəyə 16 təlim görmüş it göndərib.

Həmin itlər bundan əvvəl Frida Meksika, Haiti, Qvatemala və Ekvadorda baş verən zəlzələlər zamanı dağıntılar altında qalmış 12 nəfəri xilas edib.

Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında qalaraq ölüb - FOTO Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında qalaraq ölüb - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər