Mingəçevirdə piyadanı vuran avtomobil ağaca çırpılıb
Hadisə
3961
12 Feb 2023 | 19:37

Mingəçevirdə piyadanı vuran avtomobil ağaca çırpılıb

Mingəçevirdə piyadanı vuran avtomobil ağaca çırpılıb, yaralılar var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, bu gün saat 15 radələrində Mingəçevir şəhəri ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Rauf Nəsibov idarəetməni itirib və yolun kənarında piyada qismində olan qadını vurub, daha sonra isə ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü və iki sərnişini, eləcə də piyada qadının qucağındakı körpə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər