Yeniyetmənin anasını öldürüb, bunu intihar kimi təqdim etməsi müəyyən edilib - YENİLƏNİB
Kriminal
3470
10 Feb 2023 | 17:21

Yeniyetmənin anasını öldürüb, bunu intihar kimi təqdim etməsi müəyyən edilib - YENİLƏNİB

Bakıda intihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.

Belə ki, 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

12.00

Bakının Xətai rayonunda 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 15 yaşlı oğlu saxlanılıb.

 

Faktla bağlı müvafiq istintaq hərəkətləri aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər