İtaliyadan qardaş ölkəyə həmrəylik ismarışı: “Qaranlığın arxasında çoxlu günəşlər var” - FOTO
Dünya
4329
08 Feb 2023 | 13:26

İtaliyadan qardaş ölkəyə həmrəylik ismarışı: “Qaranlığın arxasında çoxlu günəşlər var” - FOTO

Episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən dağıdıcı zəlzələlərə görə bir çox ölkə Türkiyəyə axtarış-xilasetmə personalı və yardım göndərib. İtaliya da bu ölkələrdən biridir.
 
Diplomatik korpus bununla bağlı özünün sosial şəbəkə hesabından paylaşım edib.
 
“Ümidsizliyin arxasında saysız ümidlər, qaranlığın arxasında çoxlu günəşlər var”, - deyə səfirlikdən bildirilib.
 
Qeyd edək ki, Türkiyə COVID-19 pandemiyası dövründə İtaliyaya göndərdiyi humanitar yardımla bağlı paylaşımında eyni ifadələrdən istifadə etmişdi.

 

Link kopyalandı!
Son xəbərlər