Azərbaycanın axtarış-xilasetmə qrupu Kahramanmaraşda əməliyyatlara cəlb edilib
Aktual
4202
07 Feb 2023 | 10:27

Azərbaycanın axtarış-xilasetmə qrupu Kahramanmaraşda əməliyyatlara cəlb edilib

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Səhər saatlarında Kahramanmaraşa çatan Azərbaycan FHN-in əməkdaşları dağıntılar altından insanların xilas edilməsi istiqamətində fəaliyyətə başlayıblar.

Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Link kopyalandı!
Son xəbərlər