Masallıda ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb
Aktual
3563
05 Feb 2023 | 10:02

Masallıda ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb

Masallıda ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı ümumilikdə 40 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib edilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində təşkil edilmiş yoxlama-nəzarət tədbirləri ilə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün məmulatlarından istifadə etdiyi müəyyən edilən 20 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tədbir görülüb.

Link kopyalandı!
Son xəbərlər