Çavuşoğlu: Enerji, nəqliyyat dəhlizləri ilə bağlı növbəti görüşlərimiz Türkiyədə keçiriləcək
Dünya
3160
04 Feb 2023 | 19:11

Çavuşoğlu: Enerji, nəqliyyat dəhlizləri ilə bağlı növbəti görüşlərimiz Türkiyədə keçiriləcək

Türkiyə Türk dünyasının birləşməsi üçün ən önəmli addım atan ölkədir.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyaya səfəri çərçivəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Rusiya ərazisindən keçən Şimal dəhlizinin fəaliyyəti dayandırılandan sonra, Orta dəhlizin əhəmiyyəti artıb: “Biz nə etdik? O an Azərbaycanla birlikdə Qazaxıstanı dəvət etdik Bakıya, sonra da Özbəkistanla Daşkənddə üçtərəfli mexanizmlərimizi başlatdıq. Biz həm enerji, həm də nəqliyyat dəhlizlərinin güclənməsi üçün addımlar atırıq. Növbəti görüşlərimiz qardaşlarımızla birlikdə Türkiyədə keçiriləcək”, - deyə nazir vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər