Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb - FOTO
Aktual
3432
04 Feb 2023 | 12:05

Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb - FOTO

Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilmişdir.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Link kopyalandı!
Son xəbərlər