İrlandiyalı tarixçi: “Azərbaycan səfirliyinə hücum regionun təhlükəsizliyinə zərbədir”
Siyasət
4055
01 Feb 2023 | 15:24

İrlandiyalı tarixçi: “Azərbaycan səfirliyinə hücum regionun təhlükəsizliyinə zərbədir”

“Azərbaycanın İrandakı səfirliyinə bir əməkdaşın ölümü, ikisinin yaralanması ilə nəticələnən hücum regionda təhlükəsizliyin təmin edilməsinə əngəl yaradır”.
 
Bunu “Report”a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş deyib.
 
Onun sözlərinə görə, səfirlikdə baş verən hadisə böyük faciədir və Azərbaycanla İran arasında münasibətlərin yaxşılaşmasına kömək etmir, əksinə mane olur: “Dövlətlər ərazilərində yerləşən diplomatik qurumların lazımi qaydada təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır”.
 
Politoloqun fikrincə, hücum edən şəxsin müqavimətlə üzləşmədən səfirliyə hücumu İran hakimiyyətini narahat etməlidir.
 
“Səbəblərin şəxsi və ya siyasi motivli olub-olmamasından asılı olmayaraq, təəssüf ki, adekvat təhlükəsizlik tədbirlərinin və səfirliyin yaxşı qorunmasına dair istəyin olmaması ilə bağlı təəssürat yaranıb”, - tarixçi bildirib.
 
P.Uolş vurğulayıb ki, bu faciəvi hadisə sosial şəbəkələrdə qəsd nəzəriyyələrini “alovlandırır” və bu da iki dövlət arasında münasibətləri daha da gərginləşdirir.
 
O bildirib ki, son nəticədə bütün bunlar regionda sabitliyə və münasibətlərin sülh yolu ilə tənzimlənməsinə kömək etmir.
 
Link kopyalandı!
Son xəbərlər