Ekskluziv
3547
30 Jan 2023 | 13:33

"İranda cəhənnəmi "Mossad" törədib... - "The New York Times"

"ABŞ və İsrail Tehranın nüvə və hərbi ambisiyalarından çəkindirilməsinin yeni üsullarının axtarışındadır..."
 
"Hücumların əsas hədəfləri yüksək texnoloji raketlərin istehsalı üzrə zavodlar olub..."
 
Hücuma məruz qalan İran obyekti raketlərin işlənib hazırlanması və istehsalı üzrə həlledici mövqedə olub.
 
Hücum İsrailin yəhudi dövlətinin təhlükəsizliyi ilə bağlı narahatlığı səbəbindən həyata keçirilib və Rusiyaya Ukrayna ərazisində döyüş əməliyyatlarının aparılması üçün mümkün raket tədarükünə aidiyyəti olmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Mənbələr iddia edir ki, əməliyyatın arxasında "Mossad" dayanıb. 
 
Onların sözlərinə görə, hücumun hədəfi İsrail ərazisinə çata bilən "Şihab" orta mənzilli raketlərin istehsalı olub.
 
Ekspertlər qeyd edib ki, hücum ABŞ Dövlət katibi Entoni Blinkenin Yaxın Şərq turnesinin başlandığı gün və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin İsrailə səfərinin başa çatmasından dərhal sonra həyata keçirilib. 
 
Analitiklər həmçinin qeyd edib ki, bu, Binyamin Netanyahunun hakimiyyətə dönüşündən sonra İsraillə əlaqələndirilən formatına görə ilk böyük hərbi əməliyyatı olub.
 
Bundan başqa, analitiklər hücum məqamının İsrail hökuməti tərəfindən məhkəmə sahəsində nəzərdə tutulan islahatlara qarşı etirazların fəallaşdığı ilə üst-üstə düşdüyünə duqqət çəkib.
 
Hücumda İsrail izinin olması barədə Amerikanın "The Wall Street Journal" nəşri də yazıb.
 
ABŞ və İsrail Tehranın nüvə və hərbi ambisiyalarından çəkindirilməsinin yeni üsullarının axtarışındadır, məqalə müəllifi yazıb.
 
"Walla" nəşri yazır ki, zavoda dörd dronlarla hücum edilib və əməliyyatı qarşıya qoyulan vəzifələr və onların gerçəkləşməsi  nöqteyi-nəzərindən uğurlu hesab etmək olar.
 
Mənbə bəyan edib ki, hədəf yüksək texnoloji raketlərin istehsalı üzrə zavod olub.
 
İsfahanda dörd nüvə tədqiqatı mərkəzi yerləşir, orada bir çox illər öncə Çinin İrana tədarük etdiyi reaktorlar quraşdırılıb. 
 
Lakin məqalədə qeyd edilir ki, hücuma məruz qalan obyektin atom enerjisinin mümkün istehsalına aidiyyəti yoxdur.
 
İran hücumu və nəticədə az zərər çəkilməsi faktını təsdiq edib.
Link kopyalandı!
Son xəbərlər