Hicablı qadınlar ansamblı nüvə bombası əleyhinə mahnı ifa etdi...-FOTOLAR
Ekskluziv
4580
28 Jan 2023 | 10:29

Hicablı qadınlar ansamblı nüvə bombası əleyhinə mahnı ifa etdi...-FOTOLAR

İndoneziyada müsəlman qadınların vokal-instrumental ansamblı siyasət, ekologiya və əxlaq mövzularında qeyri-adi mahnılar ifa edir. Bu günlərdə qrup bəşəriyyətə böyük təhlükə yaradan nüvə bombası əleyhinə də nəğmə ifa edib.
 
Moderator.az xəbər verir ki, bu haqda yerli "Inquirer" nəşri məlumat yayıb.
"Naşida Ria" qrupunun vokalisti Riyen Jamayn 60 yaşlarındadır. Həm müğənni, həm də musiqi alətlərində ifa edən qrup üzvləri hicablıdır.
 
Komanda 47 il əvvəl yaradılıb və əvvəlcə yalnız dini tərənnümlər, nəşidlər ifa edib. Bu illər ərzində ansamblın repertuarına ənənəvi alətlərdən ibarət bütöv bir orkestrin müşayiəti ilə ifa olunan müxtəlif mövzularda mahnılar daxil edilib. 
 
"Mən minnətdaram ki, "Naşid Ria" üzvlərinin əksəriyyətinin yaşının çox olmasına baxmayaraq, biz hələ də gənclər tərəfindən sevilirik"- deyə Jamayn bildirib.
Qrupun mahnılarının sözləri olduqca qeyri-adidir. "Ay lənətə gəlmiş nüvə bombası yardıcısı, niyə Qiyamət gününü tezləşdirməyə çalışırsan?" - nüvə bombası haqqındakı mahnılardan birində  belə deyilir.   
 
Digər kompozisiyalar ətraf mühitin aktual problemlərinə və indoneziyalıların mənəvi-əxlaqi xarakterinə toxunur.
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər