“Bu günahları etsəniz, qazandığınız nemətlər geri alına bilər...”
Ekskluziv
3998
28 Jan 2023 | 08:28

“Bu günahları etsəniz, qazandığınız nemətlər geri alına bilər...”

“Əllahumməğfir lizzunubəlləti tuğəyyirun-niəm” (Kumeyl duası)
 
Kumeyl duasında deyilir ki, Pərvərdigara, bağışla o günahları ki, nemətləri dəyişir (geri alır)... Bəs nemətləri geri alan, insanı nemətdən məhrum edən günahlar hansılardır? Sonra deyilir: Rərvərdigara, bağışla o günahları ki, duaları həbs edir (qəbul olmağa qoymur)... Duaların qarşısını alan günahlar hansılardır? (askdin.com)
 
İmam Səccad (ə) birinci sualı belə cavablandırır: Xalqa zülm, xeyir işi tərk etmək, insanları doğru yola dəvət etməmək, nankorluq etmək, şükür etməmək neməti dəyişən günahlardır...
İmam Sadiq (ə) ikinci sualı cavablandırır: Ağvalideynlik (valideynin üzünə qayıtmaq, valideyni incitmək) duaların qarşısını alan günahlardandır...
 
İmam Səccad (ə),  pisniyyətli olmağı xəbisliyi, riyakarlığı, duanın qəbuluna ümidsizlik, vacib namazı gecikdirib vaxtını ötürmək, xeyirxahlıq və sədəqədən uzaqlıq, çirkin danışığı duaların qəbuluna maneə hesab edir. (mənbə: Təfsir Əl-Safi, Əl-İxtisas, Məaniul-əxbar)
 
Islamazeri.com
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər