Cəmiyyət
3828
25 Jan 2023 | 10:24

"Aztelekom"un rəhbəri dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.
 
“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.
 
O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə (Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.
 
1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər