Sabiq
Ekskluziv
3734
24 Jan 2023 | 10:26

Sabiq "nazir" Yeni il gecəsi Xankəndinə dolayı yolla qayıtmağından danışdı... 

Ruben Vardanyanın "dövlət naziri"  təyinatından sonra vəzifəsini tərk edən separatçı-terrorçu rejimin keçmiş qondarma "səhiyyə nazir"i Mikayel Ayriyan 2022-ci ilin sonuna kimi Ermənistanda olub. Laçın yolu bağlandıqdan sonra Ayriyan İrəvanda qalıb və  Qarabağa gedə bilməyib. Lakin dekabrın 31-də o, möcüzəvi(?) şəkildə Xankəndinə gələ bilib və Yeni ili qızları ilə birlikdə orada qeyd edib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” qəzeti məlumat yayıb.
 
Jurnalistlərlə söhbətində M.Ayriyan Qarabağa çox çətinliklə, dolayı yollarla çatdığını gizlətməyib.
 
"Nə isə...  Maşını bir yerdə saxladım və yolun qalan hissəsini birtəhər dağlardan, dərələrdən keçərək Stepanakertə(Xankəndi-S.L.) çatdım. Dekabrın 31-də yola düşdüm və yolun bu hissəsini 15 saat piyada keçdim. Həyat yoldaşım və oğlum Yerevanda qaldılar. Mən nə yolla olursa-olsun, bura gəlməli idim" - deyə keçmiş "nazir" bildirib.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər