Tovuzda partlayış baş verib - yaralananlar var - yenilənib
Hadisə
3139
22 Jan 2023 | 18:47

Tovuzda partlayış baş verib - yaralananlar var - yenilənib

Tovuzda Əlibəyli kəndində naməlum əşyanın partlaması nəticəsində yaralananların şəxsiyyəti məlum olub.

Moderator.Az-ın məlumatına görə, evdə ocaqda çörək bişirən zaman naməlum əşya partlaması nəticəsində 1964-cü il təvəllüdlü Tağıyeva Roza Abbas qızı və gəlini - 1992-ci il təvəllüdlü Tağıyeva Esmira Xəqani qızı yaralanıb.

 

Tovuzda bədbəxt hadisə baş verib.

Moderator.Az-ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

İki qadın qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə hər iki şəxs yaşadığı evdə ocaqda çörək bişirən zaman naməlum əşya partlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Link kopyalandı!
Son xəbərlər