Rusiya Federasiyası paytaxtın hava hücumundan müdafiəsini möhkəmləndirir
Ekskluziv
3435
18 Jan 2023 | 13:20

Rusiya Federasiyası paytaxtın hava hücumundan müdafiəsini möhkəmləndirir

"Rusiya paytaxtının ətrafında yerləşən obyektlərin kompleks yoxlanılması bir sıra çatışmazlıqları üzə çıxarıb..."
 
"Ukrayna Rusiya ərazisindəki obyektlərə hücümlar üçün modernləşdirilmiş sovet pilotsuz uçuş aparatlarından istifadə edir..."
 
Rusiya hakimiyyəti Moskvanın "hava qalxanını" möhkəmləndirir. Buna səbəb Ukraynanın ən yeni pilotsuz uçuş aparatları və get-gedə Rusiyanın paytaxtına yaxın olan strateji obyektlərinə vurulan zərbələrdir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "İzah edə bilərik" lahiyəsi yazıb. 
 
Belə ki, nəşrin mənbələrinin məlumatına görə, Moskvada zenit-raket komplekslərinin yerləşdirilməsi üçün meydançaların və idarəetmə mərkəzlərinin tikintisinə başlanılıb. 
 
Onların əksəriyyəti şəhər dairələrində, Moskva ətrafının cənub və cənub-şərqində yerləşir. Lakin yeni dislokasiyalar həm də şəhərin özündə meydana çıxıb.
 
Rusiyanın hərbi-hava limanlarına (Kaluqa vilayəti, Ryazan yaxınlığındakı Diyagilyovo aviabazası, həmçinin, Saratov vilayətində "Engels" aviabazası) zərbələrdən başqa, hakimiyyət Moskvanın hava qalxanının indiki vəziyyətindən narahatdır. 
 
Rusiya paytaxtının ətrafında yerləşən obyektlərin kompleks yoxlanılması bir sıra çatışmazlıqları üzə çıxarıb, hermetik olmalı olan raket şaxtalarının birində ölmüş tülkü aşkar edilib.
 
Rusiya MN-in məlumatına görə, Ukrayna Rusiya ərazisindəki obyektlərə hücumlar üçün modernləşdirilmiş, uçuş məsafəsi 630 km olan Tu-141 "Strij" sovet pilotsuz uçuş aparatlarından istifadə edir.
 
Lakin Britaniya analitikləri əmindir ki, ukraynalılar 1000 km-dək məsafədə olan yeni orijinal PUA-lar işləyib hazırlayıb.
 
Nəşr yazır ki, cəbhədə iri payız məğlubiyyətləri şəraitində Ukraynanın Moskvaya mümkün hücumu Rusiya hakimiyyətinin nüfuzu üçün kritik ola bilər və əhalinin hərbi əməliyyatlara bundan sonra dəstəyinin səviyyəsinə təsir göstərə bilər.
Link kopyalandı!
Son xəbərlər