Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib
İdman
3274
16 Jan 2023 | 19:06

Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

Beynəlxalq Boks Assosiasiyası (IBA) idmançılara yarışlara bığ və saqqalla qatılmağa icazə verib.
 
Moderator.az-ın IBA-nın rəsmi saytına istinadən məlumatına görə, boksçular yarış zamanı saqqal və bığ saxlaya biləcəklər.
 
Amma saqqal 10 sm-dən çox olmamalı və boyunu örtməməlidir.
 
Qeyd edək ki, daha əvvəl idmançıların rinqə saqqalla çıxması qadağan edilmişdi.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər