Ekskluziv
3509
14 Jan 2023 | 07:40

"Ağıllı olmağın əlaməti öz nəfsinə hakim olmaq və öldükdən sonra olanlara hazır olmaqdır..."

"Axmaqlıq əlaməti isə nəfsə tabe olduqdan sonra Allahdan əfv və mərhəmət gözləməkdir...“
 
Nəfsə uymaq...
 
 
Nəfsin tərbiyəsi
 
Nəfsi – əmmarə dinə inanmaz. Buna görə nəfsi pisliklərdən təmizləmək və fəzilətlərlə doldurmaq gərəkdir. Bəqərə surəsində “Qəlblərində xəstəlik vardır” kəlamı ilə bildirilən xəstəlik müalicə olunmadıqca həqiqi iman əldə olunmaz. Nəfsini təmizləyən həqiqi imana qovuşar. Yunis surəsinin “Allah-Təalanın övliyası üçün əzab qorxusu, nemətlərə qovuşmamaq kədəri yoxdur” məalında müjdə həqiqi imana qovuşanlar üçündür.
 
Hər kəsin nəfsi başda olmaq arzusundadır. Başqasının əmrinə tabe olmaq istəməz. Nəfsin bu arzusu ilah olmaq, hər kəsin ona tabe olmaq istəyi deməkdir. Allaha ortaq olmaq istər. Qüdsi bir hədisdə Allah-Təala: “Nəfsinə düşmənlik et, çünki nəfsin, mənim düşmənimdir” buyurur. Bu deməkdir ki, nəfsin istəklərinə boyun əymək, Allah-Təalanın bu düşməninə kömək etməkdir. Dinimizin bütün əmr və qadağaları nəfsi əzmək, istəklərinin qarşısını almaq üçündür. Nəfs təmizlənmədikcə üstünlük istəyindən əl çəkməz. Dinə tabe olduqca nəfsin istəkləri azalır...
 
Nəfs bütün vasitələrlə pisliklərdən təmizlənməli və buna çalışmaq vacibdir. Hədisi şərifdə : “Ən üstün cihad, nəfs ilə cihaddır” buyurlumuşdur. (İ.Nəccar). Yəni insanın ən böyük savaşı öz nəfsi ilədir. Çünki nəfs daim pislik əmr edəndir.(İ.Nəccar)
 
Muhamməd Məsum buyurur ki:
 
"Gənclik, ömrün ən qiymətli çağıdır. İnsanın sağlam, qüvvətli olduğu zamandır. Bu zaman, hər gün keçir, azalır, qocalıq yaxınlaşır. Heyiflər olsun ki, ən şərəfli, ən lüzumlu iş olan, mərifətullahı qazanmağı ömrün sonuna saxlayırıq. Ən şərəfli zamanlarını, ən zərərli, ən pis şey olan nəfsin arzularına qovuşmaq üçün sərf edirik. Peyğəmbərimiz (s.a.s.) :”Sabah edərəm deyən, aldandı” -deyə buyurmuşdur. Allah-Təala insanları və cinləri mərifətullaha və Allah-Təalanın rizasına, sevgisinə qovuşmaq üçün yaratdı. İnsanın, ən qüvvətli düşməni nəfsi, və nəfsin arzularıdır. Bu arzular bitib-tükənməzdir. Hər birisi zərərlidir. “Məqsədin məbudundur” buyurulmuşdur.”Məqsədin, arzun nədirsə, ilahın da odur.” (Nəfslərinin arzularını ilah edənlər) ayəti kəlməsi də bunun əksidir.
 
Nəfsə tabe olmaqdan qurtulmaq, dünya nemətlərinin ən böyüyüdür. Çünki, nəfs Allah-Təala ilə qul arasındakı ən böyük pərdədir.
 
“İbadətlərin ən qiymətlisi, nəfsə tabe olmamaqdır.“ (Səhl bin Ab. Tüstəri)
 
Nəfsinə tabe olan, küfr edə bilər və ya harama yol vermiş olar. Hədisdə buyurulur ki: „Xəsislik, nəfsə uymaq və özünü bəyənmək fəlakətə sürükləyər.“ (Təbərani)
 
"Ağıllı olmağın əlaməti öz nəfsinə hakim olmaq və öldükdən sonra olanlara hazır olmaqdır. Axmaqlıq əlaməti isə nəfsə tabe olub, Allahdan əfv və mərhəmət gözləməkdir.“ (Tirmizi)
 
Təfsiri Əzizdə buyurlur ki:
 
Allah-Təalanın mərhəməti sonsuz olduğuna görə nəfsin fəlakətə sürükləməyinə mane olmaq istədi. Həm nəfsin arzularına bir hədd qoyan, həm də nəfsi əmmarəliklərdən qurtarıb, onu həddini aşmaqdan qurtaran əmrlər və qadağalar göndərdi. Bir insan öz işlərində İslam dininə tabe olarsa, nəfsi -əmmarəliklərdən qurtara bilər. Bu zaman nəfsdən faydalı şəkildə istifadə edə bilər.
 
Şərəfuddin Əhməd bin Yəhya Müniri buyurur ki:
 
İslamiyyət nəfsin arzularının yox edilməsini deyil, ona hakim olub, dinə uyğun istifadəsini əmr edir. Süvarinin atını və ovçunun köpəyini yox etməyi deyil, bunları tərbiyələndirməsi və onlardan faydalanmağı kimidir. Bu ikisi olmazsa, axirət nemətləri ovlana bilməz. Bunlardan istifadə etmək üçün onları tərbiyələndirib, dinə uyğun şəkildə istifadə etmək gərəkdir.
 
Nəfsin arzuları...
 
(Davamı var)
 
Hazırladı:
Gülnar Ələsgərova
 
İslamevi.az
Link kopyalandı!
Son xəbərlər