Ekskluziv
3042
12 Jan 2023 | 07:16

"Əgər həyatında üzüntü və sıxıntılar bitmək bilmirsə, Quranla əlaqələrinə fikir ver..."

“..Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı (imanda sabitlik baxımından daha möhkəm qalardılar).” (Quran, Nisa, 66)
 
Şəhvət, əxlaqi sərtlik, qəm-qüssə və imanı zəiflik (həll yolu)...
 
1. Əgər şəhvət bəlasına düçar olmusansa, o zaman namazlarına diqqət et. Onlarda naqislik və boşluqların var.
 
“Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar).” (Məryəm, 59).
 
Deməli, Allaha edilən ən əsas şükr və ən önəmli ibadət olan namaza qarşı laqeyd yanaşmaq – şəhvət xəstəliklərinin də yaranmasına səbəbdir...
 
 
2. Əgər sərtlik və əxlaqi keyfiyyətlərində naqislik olduğunu, həmçinin xeyirlərə müvəffəq olmadığını hiss edirsənsə, valideynlərinlə olan münasibətlərinə nəzər sal, düzəlt və daha da yaxşılaşdırmağa çalış...
 
“O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi!” (Məryəm, 32).
 
Deməli, anaya qarşı gözəl davranış, qəlbi xəstəlik və əxlaqi keyfiyyətsizliklərin müalicə olunaraq, sağalmasına səbəbdir...
 
 
3. Əgər həyatında üzüntü və sıxıntılar bitmək bilmirsə, Quranla olan əlaqələrinə fikir ver.
 
“Hər kəs Məni yad etməkdən (zikrdən / öyüd-nəsihətimdən / Qurandan) üz döndərsə, güzəranı daralar (sıxıntılı olar)..” (Taha, 124).
 
 
4. Əgər haqqın üzərində sabit qala bilmirsənsə, o zaman sənə edilən nəsihətlərə əməl etməyi unutma.
 
“..Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı (imanda sabitlik baxımından daha möhkəm qalardılar).” (Nisa, 66)
 
 
www.islamevi.az
Link kopyalandı!
Son xəbərlər