Kirkorov Zelenskini
Ekskluziv
4221
10 Jan 2023 | 01:08

Kirkorov Zelenskini "dovşan" və "doktor Gebbels" adlandırdı...

Qazmanov, Lolita, Netrebko ona dəstək verib...
 
"Mənin yoldaşım və tərəfdaşım dərin rola girib, okeanın o tayından göndərilən ssenari onun özünü də, ölkəsini də külə döndərəcək..."
 
"Mənim bəxtim gətirib, yalnız mahnılarım qadağan edilib, elədirmi, Dovşanım mənim?.."
 
Rusiyanın polulyar müğənnisi Filip Kirkorov Ukraynada ona qarşı tətbiq edilən sanksiyalar barədə xəbəri şərh edib.
 
Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciətində pop-ulduz yekəxana tərzdə onu "dovşan" və ittihamedici-nirfrətedici tonda "doktor Gebbels" adlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Focus" nəşri yazıb.
 
Alla Puqaçovanın keçmiş əri ruhunda olan hisslərini Rusiyada qadağan olunmuş "İnstagram" səhifəsində büruzə verib. 
 
Öz postunu o, müharibədən öncə artistik janr üzrə sabiq həmkarların birgə  çəkildikləri "Böyük şəhərdə məhəbbət" komediyasından bir parça ilə müşayiət edib.
Burada Kirkorovun personajı Zelenskinin personajına sillə vurur.
 
"Bütün dostlarım və tanışlarımdan azad dünyanın lideri, azadlıq aşiqi, mister prezident Zelenskinin-doktor Gebbelsin sanksiyalar siyahısına düşməyim münasibətilə təbriklər qəbul edirəm",  - Kirkorov yazıb.
 
"Mənin istedadıma, mənim populyarlığıma önəm verdiyiniz üçün çox sağ olun. Tarixdə 45-ci ildə başqa dünyaya vasil olan, amma 80 ildən sonra öz ardıcılları ilə qarşılaşan belə liderlər olub.
 
Daha sonra müğənni hansısa mifik "Qərb-Ukrayna ölkələrində" "mədəni sərvətlər"in məhv edilməsindən gileylənir, görünür, öz yaradıcılığını da buraya aid edir.
 
"Mənim çəkiliş meydançası üzrə yoldaşım və tərəfdaşım dərin rola girib və okeanın o tayından göndərilən ssenari onun özünü də, ona etibar edilən ölkəni də külə döndərəcək.
 
Mən buna çox təəssüv edirəm, mənim ona və Ukraynada mənə yaxın olan insanlara yazığım gəlir.
 
Təəssüf ki, fanat adamlar təbliğata uyaraq insanlara öz qohumlarını, dostlarını və alternativ fikir və xəbərləri eşitməyə imkan vermirlər", - müğənni yazıb.
 
Sonda Kirkorov qeyd edib: "Mənim bəxtim gətirib, mənim yalnız mahnılarım qadağan edilib, elədirmi, Dovşanım mənim?.."
 
Kirkorovun bu postuna bəzi həmkarları dəstək verib.
 
"Qardaşımsan", - Lolita Milyavskaya yazıb.
 
"Dostum, gəl, badə qaldıraq!" - Anna Netrebko çağırış edib.
 
"Təbriklər! Əsl keyfiyyət nişanıdır!" - Oleq Qazmanov dəstəyini belə ifadə edib.
 
Etiraz edənlər də az olmayıb.
 
"Qara siyahıya düşməyindən qəzəblisən? Bəs bizi bombalayanda və qətlə yetirəndə necə, tükün də tərpənmir, hə? Öz rəzilliyinizi Ukraynada "mədəniyyətin ləğv edilməsinə" görə "göz yaşları"nızla ört-basdır etməyin", - istifadəçilərdən biri yazıb.
Link kopyalandı!
Son xəbərlər