Ekskluziv
3232
04 Jan 2023 | 16:55

"Bu, sadəcə, gülüş doğurur..."

"Ukraynaya müharibə müddətində cəmi 20 ədəd HIMARS tədarük edilib, Rusiya artıq 27-ni məhv edib..."
 
"Heç demə, Rusiya MN-nin hesabatlarına inansaq, Ukrayna ordusu dünyada ikinci ordudur..."
 
Ukrayna jurnalistləri Rusiya müdafiə nazirliyinin yalanını ifşa edib...
 
Ukrayna jurnalistləri hesablayıb ki, Rusiya ordusu, guya, ABŞ-ın Ukraynaya müharibə müddətində tədarük etdiyi HIMARS-ların sayından daha çoxunu məhv edib.
 
Belə ki, Rusiya müdafiə nazirliyinin 3 yanvar tarixli raportunda daha dörd yüksək dəqiqli HIMARS yaylım atəşli reaktiv sisteminin (YARS)-iki qurğunun, guya, Donetsk vilayətinin Drujkovka məntəqəsinə, daha ikisi, guya, Donetsk vilayətinin Kramatorsk şəhərinə endirilən zərbə nəticəsində məhv edilib.
 
Ukraynanın "Obozrevatel" nəşri və ukraynalı bloger, "site.ua" platformasının təsisçisi Roman Şrayk "Telegram-kanal"da bu məlumatı nəzərə alaraq diqqəti ona cəlb edib ki, Rusiya müdafiə nazirliyinin hesabatlarında "məhv edilən" HINARS-ların ümumi sayı 27-ə çatıb, hərçənd, Ukraynaya, rəsmi məlumata görə, yalnız 20 ədəd belə qurğu tədarük edilib.
 
Şrayk həmçinin diqqəti rusiyalıların digər Ukrayna texnikasının, guya, məhv edilməsi barədə şişirdilən rəqəmlərə çəkib.
 
İlk mənzərə-raşistlər 20 HIMARS-dan 27-ni məhv edib.
 
İkinci mənzərə daha gülməlidir. Bu mənzərəyə görə, Ukrayna ordusu dünyada ikincidir.
 
Axı, artıq 7382 tank və ZDM (zitehli döyüş maşını), 7900 hərbi avtomobil texnikası, 967 YARS, 3768 artilleriya qurğusu, 355 təyyarə, 199 helikopter, 399 ZRK, 2807 PUA-lar "məhv edilib,  həm də bizim hələ də hərbi texikamız qalıb", - o, yazıb və dəqiqləşdirib ki, USQ-nin bu qədər hərbi texnikası heç vaxt olmayıb.
 
Bundan öncə "Azadlıq Radiosu" beynəlxalq radioyayım təşkilatının jurnalistləri də müdafiə nazirliyinin yalanını çıxarıb.
 
Onlar nazirliyin belə bir bəyanatını təkzib edib ki, Donetsk vilayətinin Drujkovka məntəqəsində Ukraynanın böyük sayda hərbi texnikası məhv edilib və USQ-nin 120 döyüşçüsü həlak olub və yaralanıb.
 
Müxbirlər müəyyən edib ki, əslində Rusiya qoşunları humanitar anbarı atəşə tutub, orada isə nə Ukraynanın nə hərbi texnikası, nə də ukraynalı əsgərlər olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər