FIFA referisi: “Azərbaycan çempionatını idarə etmək daha çətindir”
İdman
2567
03 Jan 2023 | 13:51

FIFA referisi: “Azərbaycan çempionatını idarə etmək daha çətindir”

“Yerli çempionatı idarə etmək daha çətindir”.
 
Bunu “Report”a müsahibəsində Azərbaycanın FIFA referisi Əliyar Ağayev deyib.
 
Bu mövsüm ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat alan 35 yaşlı ədalət təmsilçisi Azərbaycan Premyer Liqası ilə avrokuboklarda oyunları idarə etməyin müqayisəsini aparıb: “Azərbaycan çempionatında təzyiqlər, yazılar daha çox olur, nəinki avrokuboklarda. Orada olsa belə, bizim xəbərimiz olmur”.
 
O, ölkə çempionatının ildən-ilə inkişaf etdiyini vurğulayıb: “Çempionatın səviyyəsi məni qane edir. Hətta deyərdim ki, səviyyə daha da artıb. İstənilən komandanın digərindən xal ala bildiyinin şahidi oluruq”.
 
Link kopyalandı!
Son xəbərlər