Ekskluziv
4559
31 Dec 2022 | 17:42

"Dünya Saakaşvilini xilas etməsə, çox peşman olacaq!.." - Qordondan ÇAĞIRIŞ

"Amerikalı toksikoloqlar Saakaşvilinin həbsxanada zəhərləndirildiyini sübut edib..."
 
"Saakaşvili 10 il ərzində Gürcüstanda dərin islahatlar apararaq heyrətamiz uğurlara imza atıb..."
 
"Saakaşvili ilk postsovet prezidentidir ki, Rusiyanın təcavüzü ilə üzləşib, amma qəhrəmancasına, mərdliklə, dəyanətlə davranıb..."
 
"Saakaşvili həbsxanada əzab içində və ölüm ayağınadır..."
 
"Məni zəhərləyiblər, huşumu itirdim, amma ölmədim. Bütün əlamətlərim qalır, müalicə olunmasam ölümlə nəticələnəcək..."
 
Tanınmış jurnalist Saakaşvilinin xilasına çağırış edib
 
Saakaşvili Qordona yazdığı məktubunda məlumat verib ki, amerikalı toksikoloqlar onun həbsxanada zəhərləndirilməsi faktını təsdiq edib...
 
Amerikalı toksikoloqlar sübut edib ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Gürcüstan həbsxanasında zəhərləyiblər.
 
Moderator.az xəbər verir ki, bu barədə siyasətçi "QORDON" nəşrinin təsisçisi Dmitri Qordona məktubunda yazıb. 
 
Ukraynalı jurnalist özünün YouTube kanalında videomüraciət dərc edərək, Saakaşvilini xilas etməyə çağırış edib.
 
"Əziz dostlar, mən bu gün gözəl Gürcüstan ölkəsinə 10 il rəhbərlik etmiş böyük prezident Mixail Saakaşvili haqqında danışacağam (mən qışqırmaq istəyirəm!).
 
2004-cü ildə Mixail Saakaşvili Gürcüstanın prezidenti olub. Mən bu gözəl ölkədə Saakaşvilinin prezidentliyi dönəmindən öncə, prezidentlik dönəmində və ondan sonra olmuşam. 
 
Saakaşviliyədək Gürcüstan tamamilə ölü ölkəni xatırladıb, orada praktiki olaraq heç nə olmayıb. İnsanlar yarıac yaşayıb. Sovet dövründə öz zənginliyi ilə (hətta belə bir lətifə vardı ki, əgər gürcünün "Volqa"sı yoxdursa, o, əsl gürcü deyil), düz-çörəyi ilə seçilən, hər zaman qonaqlarını ən yüksək səviyyədə qarşılayan gürcülər çox kasıb yaşayıb.
 
Yollar dağılıb, evlər dəhşətli vəziyyətdə, Tbilisi  qorxunc gündə olub. Korrupsiya o dərəcə də vüsət alıb ki, Gürcüstanın mütəşəkkil cinayətkalığın lideri Tbilisiyə gələndə, onu daxili işlər naziri başda olmaqla maşın korteji qarşılayıb.
 
Saakaşvili hakimiyyətə gələndə, ölkə böyük sürətlə dəyişməyə başlayıb. Və bir neçə ildən sonra hamı bu dəyişikliyi, islahatları görüb. Bu islahatlar bütün sahələri əhatə edib, biz heyrət doğuran yolları, səhiyyədə aparılan islahatları, heyrət doğuran xəstəxanaları görmüşük. İslahatlar məktəblərə, elmə, sadə insanlara aid olub. 
 
Mən Tbilisiyə Mixail Saakaşvilinin hakimiyyətinin sonuna yaxın gələndə o həmişə məni prezident sarayında qarşılayıb, bunlar uzun, hərarətli, yaxşı görüşlər olub.
 
Mən özüm Tbilisini, Batumini gəzmişəm, Saakaşvili başqa olmaqla islahatçılar komandasının nailliyyətlərinə baxıb bir şeyə təəssüf etmişəm: Ukraynada, təəssüf ki, bu sürətlə, belə heyrətamiz nəticələr olmayıb.
 
Mixail Saakaşvili seçkilələrdə uduzub gedib, onun yerinə Bidzina İvanişvili gəlib. Kimdir İvanişvili? Putinin döstu, Kreml oliqarxı, "Qazprom"um səhmlərinə sabib olan birisi. Gürcülər mənə danışıb ki, o, öz gələcək qələbəsinə böyük pullar xərcləyib.
 
Demokrat olaraq Saakaşvili hakimiyyətdən beşəlli yapışmayıb. O, gedib, öz postunu tərk edib, bundan sonra Gürcüstanda hər şey pisləşməyə doğru cərəyan edib. İllər ötdükcə baş verən dəyişikliklər məni şoka salıb. Mən vəziyyətin necə olduğunu və sonra necə dəyişdiyini görmüşəm.
 
Saakaşvili postsovet prezidentlərindən Rusiya təcavüzü ilə üzləşən ilk prezident olub. 2008-ci ildə Rusiya Gürcüstana hücum edib. Biz Gürcüstan prezidentinin necə qəhrəmancasına, igidliklə, dəyanətlə davrandığını xatırlayırıq.
 
Ötən ilin sentyabrında Saakaşvili Gürcüstana dönüb və Gürcüstan hakimiyyəti tərəfindən həbs edilib.
 
Bir ildən artıqdır ki, o, gürcü həbsxanasındadır. Bir ildən artıqdır ki, böyük gürcü prezidenti dəmir barmaqlıqlar arxasındadır. İndi onun vəziyyəti çox ağırdır və özünü çox pis hiss edir.
 
Mən dövrü olaraq Mixaildən həbsxanadan göndərdiyi məktubları almışam. Lakin son dəfə (sonuncu demək istəmirəm) aldığım məktub məni heç vaxt olmadığı kimi çox pərişan edib. Mən o məktubu sizə oxumaq istəyirəm ki, vəziyyətin nə qədər həyəcanlı və təhlükə doğuran olduğunu anlaya biləsiniz. Görün, Mixail Saakaşvili nə yazır:
 
"Dima Qordona Mixail Saakaşvilidən.
 
Əziz dostum Dima, mən sizin ailəniz üçün çox darıxmışam. Müntəzəm olaraq baxmağa cəhd edirəm. Qəbiristanlıqda gəzinti supersüjet olub. Mənə gəldikdə, amerikalı toksikoloqlar sübut edib ki, həbxsanada məni öldürəcək zəhərli maddələrin qarışığı ilə zəhərləyiblər. Mən huşumu itirdim, amma ölmədim. Amma bütün əlamətlərim qalıb və müalicə almasam ölümə səbəb olacaq. Bu mövzunu qaldırsan, sənə minnətdar olaram".
 
Əlbəttə, mən bu mövzunu qaldıracağam.  Mən bunu etməyə bilmərəm. Mən bütün dünyaya demək istəyirəm ki, görkəmli gürcü prezidenti, 10 il ərzində ölkəsini dəyişən islahatlatın müəllifi Mixail Saakaşvili bu gün həbsxanada əzab içində və ölüm ayağındadır.
 
Mən kimdən asılıdırsa, Mixail Saakaşviliyə istənilən Avropa ölkəsinə və ya ABŞ-a müalicəyə köçürülməsinə kömək etməyini xahiş edirəm. Bu adamı xilas etmək lazımdır. Dünya Saakaşvilini xilas etməsə, çox peşman olacaq!"
Link kopyalandı!
Son xəbərlər