Melaniyanı qəzəbləndirdən qonaqlar: “Ev paltarında olarkən...”
Dünya
3525
31 Dec 2022 | 14:50

Melaniyanı qəzəbləndirdən qonaqlar: “Ev paltarında olarkən...”

ABŞ-ın keçmiş birinci xanımı Melaniya Tramp ərinin prezidentliyi dövründə ev paltarında olarkən Ağ Evin müşavirlərinin gözlənilməz gəlişləri ilə özünü narahat hiss edib.
 
Bunu Melaniyanın keçmiş köməkçisi Stefani Qrişam deyib.
 
“Onların iqamətgaha gəlməsinə nifrət edirdi”, - Qrişam bildirib.
 
Onun sözlərinə görə, Melaniya Tramp şəxsi toxunulmazlıq hüququna hörmət edilməsini istəyirdi:
 
“Evinin özəl qalmasını istəyirdi. Yadımdadır, mənə demişdi ki, Ağ Evin yaşayış hissəsində yerləşən “Sarı Üzük” otağında tez-tez müxtəlif insanlarla görüşlər təşkil olunur”, - Ağ Evin keçmiş əməkdaşı söyləyib.
 
Qrişam deyib ki, Melaniya Trampa səfərlərlə bağlı əvvəlcədən xəbərdarlıq edilməyib, bu səbəbdən də bəzən qonaqları ev paltarında qarşılamalı olub:
 
“Əvvəlcədən ona heç nə deyilmədiyi üçün çox qəzəbli idi, çünki bu vaxt ev paltarında olurdu. Xanım Tramp həmişə kiminsə gələcəyi barədə xəbərdar olmaq istəyirdi”. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər