Bizi sosial şəbəkələrdən izləyin:
"Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması nəzərdə tutulur".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür: "Biz istəyirik ki, həmin ərazilərimizdə də bürolar yaradaq və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımlar göstərək. Yaxın vaxtlarda bu planı realizə edəcəyik".