Ekskluziv
3989
27 Dec 2022 | 20:38

"İnanıram ki, Rusiya "sülhməramlıları" özlərinin müvəqqəti olduğu zonanı tərk edəcək..."

 "Rusiyanın hərbi kontingenti erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq yerləşdirilir..."
 
"Rusiya hərbi kontingenti Azərbaycanın təbii sərvətlərinin Qarabağ separatçıları tərəfindən talan edilməsinə himayədarlıq edir..."
 
Ukrayna azərbaycanlılarının Birləşmiş diasporu Rusiya "sülhməramlıları"nın Qarabağdan tezliklə çıxarılmasını tələb edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Kiyevdə mətbuat konfransında diaspor rəhbəri Hikmət Cavadov bəyan edib. Məlumatı "QORDON" internet nəşri yayıb.
 
Cavadov deyib ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Qarabağ münaqişəsinin  nizamlanmasına dair üçtərəfli Bəyanata uyğun olaraq, Rusiyanın hərbi kontingenti Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib.
 
"Bu zaman 4-cü bəndə əsasən Rusiya "sülhməramlı" kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir. Rəsmi Bakı dəfələrlə həm Moskvanın, həm də İrəvanın diqqətinu bu fakta yönəldib", - Cavadov bəyan edib.
 
O, deyib ki, bu bənddə həmçinin deyilir ki, rusiyalı "sülhməramlıları"nın orada olma müddəti beş ildir və tərəflərdən biri bu bəndin tətbiqinin dayandırılması niyyəti barədə bəyan etməsə (belə bəyanat müddətin başa çatmasına 6 ay qalmış verilməlidir), bu müddət avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.
 
"Azərbaycan ictimaiyyəti, siyasətçilər, KİV-lər bu bəndə riayət edilməsini tələb edir. İnanıram ki, bu, həyata keçiriləcək və Rusiya "sülhməramlıları" özlərinin müvəqqəti olduğu zonanı tərk edəcək", - Cavadov əlavə edib.
 
Diaspor rəhbəri bəyan edib ki, Qarabağ regionu ərazisində "qızıl filizi və mis-molibden yataqlarının "qanunsuz istismarı" baş verir.
 
"2021-ci il iyulun 7-də Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonlarının yeni bölgüsü haqqında" fərman imzalayıb. Beləliklə, Azərbaycanın 14 iqtisadi rayonlarından biri-Qarabağ iqtisadi rayon yaradılıb. Onun tərkibində hazırda etnik ermənilərin yaşadığı ərazilər də var.
 
Rəsmi İrəvan etiraf edib ki, həm Xankəndi, həm də Qarabağ iqtisadi rayonu ölkəmizin ərazisidir. Sadə dildə desək, Ermənistan etiraf edib ki, Qarabağ erməniləri Ermənistanın tanıdığı Azərbaycan ərazisində yaşayıb.
 
Elə orada, Azərbaycanın Qarabağ iqtisadi rayonunda onlar "Qızılbulaq" qızıl filizi yatağı və "Dəmirli" mis-molibden yatağının qanunsuz istismarını davam etdirir. Azərbaycan tərəfi ədalətli və qanuni olaraq öz ərazisində monitorinq keçirilməsini tələb edib", - o, bəyan edib.
 
Onun deməsinə görə, "rusiyalı sülhməramlılar Azərbaycanın təbii sərvətlərinib Qarabağ separatçıları tərəfindən talan edilməsinə himayədarlıq edərək, Laçın dəhlizini bağlayıb və Azərbaycan ekoloqları və fəallarının Qarabağ ərazisinə daxil olmasına maneçilik törədir.
Link kopyalandı!
Son xəbərlər