Rusiya Qərbin sanksiyalarının iqtisadiyyatda böyük problemlər yaratdığını rəsmən etiraf etdi
Ekskluziv
6220
27 Dec 2022 | 19:26

Rusiya Qərbin sanksiyalarının iqtisadiyyatda böyük problemlər yaratdığını rəsmən etiraf etdi

"Rusiyada qiymət həddi ucbatından neft ixracında problemlər yaranıb..."
 
"Problemlər, əsasən, neft ixracı üçün istifadə edilən gəmilərin sığortası ilə bağlıdır..."
 
"Bir sıra Avropa ölkələri Rusiya neftinin dəniz tədarükündən tamamilə imtina edib..."
 
Kreml Ukraynaya tammiqyaslı hərbi müdaxilədən sonra ilk dəfə olaraq Qərbin sanksiyalarının iqtisadiyyata təsirini etiraf edib.
 
O cümlədən Rusiyada "qiymət həddi" ucbatından neft ixracında problemlər yaranıb.
 
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyinə müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak bəyan edib.
 
Onun sözlərinə görə, Rusiyada neft ixracı üçün istifadə edilən gəmilərin sığortası ilə bağlı problemlər yaranıb. 
 
Sanksiyalarla bağlı problemlər sığorta xidmətlərinin itikisinin tam həcmdə kompensasiya etməyin mümkün olmaması ilə bağlıdır.
 
Bundan başqa, rusiyalı məmurun deməsinə görə, ölkə Qərb sığortalarını əvəz etmək üçün tankerlərin özünün siğortalanma mexanizmini işə sala bilmir.
 
Bundan başqa, Novak Rusiya şirkətlərinin neftin dənizlə ixracının sığorta bazarında payı barədə dəqiqləşdirici suala cavab verməkdən yayınıb.
 
Qərb ölkələrinin 2023-cü ilin fevral ayından Rusiyanın neft məhsullarına mümkün məhdudiyyətlər barədə suala cavab verərkən Aleksandr Novak bəyan edib ki, "Rusiya bu halda buna cavab olaraq neft ixracını artıra bilər".
 
Xatırladaq ki, 2022-ci il dekabrın 5-dən Rusiya neftinin Avropaya tədarükünə embarqo qoyulub.
 
Rusiyadan alınan neftin qitməti bir barrelinə görə 60 dollar məhdudiyyət qoyulub.
 
Polşa, Almaniya, İsveç, Böyük Britaniya, Fransa, Finlandiya, Rumıniya və Litva Rusiya neftinin dəniz tədarükündən tamamilə imtina edib. İtaliya alışı üç dəfə azaldıb.
 
2023-cü il fevralın 5-dən həmçinin Rusiyanın neft məhsullarının alışına qadağa qoyulacaq.
Link kopyalandı!
Son xəbərlər