İdman
2973
25 Dec 2022 | 17:29

"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

İngiltərənin "Çelsi" klubunun futbolçusu N Qolo Kante karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
 
"Report" "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, "Əl-Nəsr" 31 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etmək istəyir.
 
Fransalı oyunçunun London təmsilçisi ilə müqavilə 2023-cü ilin yayında başa çatacaq.
 
Qeyd edək ki, "Əl-Nəsr"in Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ilə müqavilə imzalayacağı gözlənilir.
Link kopyalandı!
Son xəbərlər