Putin: “Rusiyanın məqsədi rus xalqını birləşdirməkdir”
Dünya
2918
25 Dec 2022 | 14:31

Putin: “Rusiyanın məqsədi rus xalqını birləşdirməkdir”

“Rusiya Federasiyasının məqsədi rus xalqını birləşdirməkdir, Moskva həmişə bütün mübahisələri sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə çalışıb”.
 
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının efirində “Moskva.Kreml.Putin” proqramına müsahibəsində deyib.
 
“İnanıram ki, biz düzgün istiqamətdə hərəkət edirik, biz öz milli maraqlarımızı, vətəndaşlarımızın, xalqımızın mənafeyini qoruyuruq. Bizim sadəcə olaraq vətəndaşlarımızı qorumaqdan başqa seçimimiz yoxdur”, - dövlət başçısı bildirib.
 
Eyni zamanda, Putin qeyd edib ki, Rusiya həmişə yaranan bütün mübahisələrin sülh yolu ilə, danışıqlar yolu ilə həllini təmin etməyə çalışıb.
Link kopyalandı!
Son xəbərlər