Aİ nümayəndəsi Ceyhun Bayramovla Laçın yolundakı durumu müzakirə edib - FOTO
Siyasət
3228
24 Dec 2022 | 16:51

Aİ nümayəndəsi Ceyhun Bayramovla Laçın yolundakı durumu müzakirə edib - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel arasında telefon danışığı olub.
 
Bu barədə Jozep Borrel “Twitter” hesabında məlumat verib.
 
Telefon danışığı zamanı Laçın yolundakı durum müzakirə olunub.
 
Qeyd edək ki, dekabrın 12-dən etibarən Azərbaycanın QHT-ləri, ictimai-siyasi fəallar, həmçinin ekofəallar Şuşa-Xankəndi yolunda Qarabağdakı təbii sərvətlərin qanunsuz istismarı əleyhinə aksiya keçirirlər.

 

 
Link kopyalandı!
Son xəbərlər