Bizi sosial şəbəkələrdən izləyin:
"Rusiyalıların ABŞ-da özəl mülklərinin ümumi dəyəri 20 milyard dollardan çox deyil..."
"Rusiya Federasiyasının Birləşmiş Ştatlarda suveren aktivləri 360 milyarddan çoxdur..."
Amerikalı senatorlar rusiyalı biznesmenlərin aktivlərinin Ukraynanın xeyrinə verilməsinə səs verib. Senat müvafiq düzəlişin büdcə layihəsinə daxil edilməsinə yekdilliklə dəstək verib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.
Respublikaçı Lindsi Qrem tərəfindən təklif edilən 6596 saylı düzəliş ABŞ administrasiyasına rusiyalı biznesmenlərin aktivlərinin müsadirə edilməsi və alınan vəsaitlərin Kiyevə yardım göstərilməsi məqsədilə istifadə edilməsi üçün səlahiyyət verir.
Rusiyalı biznesmenlərdən kimin öz aktivlərini ABŞ-da saxlaması hələlək bəlli deyil.
Lakin ekspertlərin dəyərləndirmələrinə görə, rusiaslıların Birləşmiş Ştatlarda özəl mülklərinin ümumi dəyəri 20 milyard dollardan çox deyil.
Amerika bazarında Rusiya dövləti daha ciddi təmsil edilib. Təxmini hesablamalara görə, Rusiya Federasiyasının ABŞ-da suveren altivləri 360 milyarddan çoxdur.
Rusiyanın ABŞ-da dövlət mülkiyyəti hələlik təhlükəsiz şəraitdədir, lakin rusiyalı oliqarxlar çətin ki, Yeni dünyada daşınan və daşınmaz əmlaka investisiya qoyanda və onları əldə edəndə hadisələrin belə dönüşünü təsəvvür edib.
Xəbər verildiyi kimi, Kanada hakimiyyəti Rusiya-İsrail sahibkarı Roman Abramoviçə məxsus 26 milyon məbləğındə olan aktivlərinin müsadirə etmək niyyətini elan edib.
Əldə olunan vəsaitlər Ukraynanın bərpasına yönələcək.