Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna prezidenti, nəhayət, Vaşinqtonda ABŞ prezidenti ilə görüşüb.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının saytı yazıb.
Cozef və Cill Bayden Ukrayna liderini Vaşinqtonda Ağ Evin kandarında qarşılayıblar.
Vladimir Zelenski Ukraynanın dəvətə və səmimi qəbula görə minnətdarlıq edib. Ukrayna xalqı adından o, Cozef Baydenə və bütün amerikalılara ABŞ-ın Ukraynaya yardımda göstərdiyi böyük dəstəyə və liderliyə görə təşəkkürünü bildirib.
ABŞ lideri Ukrayna xalqının öz gələcəyini müdafiə etməkdə göstərdiyi cəsarət və qətiyyəti qeyd edib. ABŞ-ın Ukraynanın özünü müdafiə qabiliyyətini təmin etmək üçün dəstəyini, o cümlədən hava hücumundan müdafiə vasitələri ilə təchizatını davam edəcəyini vurğulayıb.
"Və məhz buna görə də biz "Patriot" batareyasını Ukraynaya verir və ordunuza ondan səmərəli istifadə etməyi öyrədirik"- deyib Cozef Bayden.
Bundan əlavə, Vladimir Zelenski qeyd edib ki, o, xüsusilə Ukrayna sülh formulunun həyata keçirilməsi, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, həmçinin kompensasiya mexanizminin və Putin rejimi üçün xüsusi tribunalın yaradılması mövzularını qaldırmağı planlaşdırır.
Ukrayna prezidenti ABŞ-da olmaqdan böyük şərəf duyduğunu söyləyib. "Daha tez gəlmək istərdim, lakin çətin vəziyyətə görə bunu edə bilmədim. Və mən buradayamsa, bu, artıq bizim vəziyyətə nəzarət etdiyimizi göstərir", -deyə Zelenski vurğulayıb.
ABŞ lideri ilə görüşdən sonra Zelenski Konqresdə olub və orada geniş çıxış edib.
Sultan Laçın