Ermənistanın sentyabr təcavüzü zamanı itkiləri 600 nəfərə yaxınlaşır...
Ekskluziv
4196
20 Dec 2022 | 10:25

Ermənistanın sentyabr təcavüzü zamanı itkiləri 600 nəfərə yaxınlaşır...

Yerablurun 27 aylıq hamiləliyi başa çatmayacaq...
 
Qeyri qədim Ermənistan rəsmiləri sentyabr təcavüzü zamanı cəmi 7 saatlıq geçə döyüşləri zaman qəhrəman Əsgərimiz tərəfindən 224 nəfər qədim erməni silahlısı qəfildən məhv edildiyini təsdiqlədi. Daha əvvəl rəsmi erməni mənbələri həlak olanların sayını 203 nəfər göstərirdi. Deməli ya 21 qədim erməni silahlısı öləndən sonra balalıyıb və dünyaya gələn yeni erməni silahlıları da dərhal təxribatlara qoşulub və həmin dəqiqədə məhv edilib, ya da Ermənistan hakimiyyəti itkilərini 97 gün ərzində bilərəkdən ictimaiyyətdən gizlədib. 224 rəqəminin artmayacağını kimsə iddia edə bilməz. 
 
Mən qeyri qədim Ermənistanın sentyabr təcavüzü zamanı qəhrəman Əsgərimiz tərəfindən yaralı, ölü, əsir və itkin olaraq cəmi 400 nəfər erməni silahlısının məhv edildiyini döyüşlərdən dərhal sonra səsləndirmişdim, sonra isə 550 rəqəmini  sosial şəbəkə hesabımda yazmışdım, indi isə məlum olur ki, düşmənin ümumilikdə təsdiqlənən çanlı qüvvə itkilərinin ümumi sayı 600 nəfərə yaxınlaşır. Çünki tək yaralıların sayı 297, ölənlərin sayı isə 297 nəfərdir, bu isə erməni tərəfinin plü və yaralı olaraq 521 nəfər itkiyə məruz qalması deməkdir. Bura itkin və əsirləri əlavə etsək, təbbi rəqəm 550-ni keçərək 600-ə yaxınlaşır. Biz bu rəqəmlərə heç nə əlavə etmirik, bu erməni tərəfinin rəsmən təsdiqlədiyi rəqəmlərdir. 
 
Amma Vətən Müharibəsində məğlub olan Ermənistanın və seperatçı qurumun təxribatçı davranışları Azərbaycanı təkrar təsirli və daha adekvat addımlar atmağa vadar edir. Qondarma qurumun fəaliyyətini canlandırmaq üçün Ruben Vardanyanın Qarabağa gəlişi və burada mitinqlər keçirməsi, mitinqlərdə Azərbaycana qarşı müharibəyə çağırış etməsi, həm Qarabağda, həm də şərti sərhəddə atəşkəsin pozulması hallarının davam edəcəyi müddətdə Yerablurun 27 aylıq “hamiləliyi” də başa çatmayacaq. Bunun məsliyyəti isə ilk növbədə Ermənistan hakimiyyətinin, rus kontingentin komandanlığının və seperatçı qurumun “rəhbərliyinin”  üzərinə düşür.
 
Ədalət Verdiyev, hərbi ekspert
Link kopyalandı!
Son xəbərlər