BDU-nun aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
Cəmiyyət
2994
16 Dec 2022 | 19:27

BDU-nun aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında Q1 kateqoriyalı jurnallar siyahısına daxil olan (IF: 1.485) “Mathematical Methods in the Applied Sciences” jurnalında dərc edilib.
 
//doi.org/10.1002/mma.8303
 
“Məhdud kvazimetrik ölçü fəzaları üzərində dəyişən Lebeq fəzalarında kəsrli maksimal operatorun kommutatorları”  adlı məqalədə məhdud kvazimetrik ölçü fəzaları üzərində dəyişən Lebeq fəzalarında BMO kommutatorlu kəsr maksimal kommutator və kəsr maksimal operatorun kommutatoru araşdırılıb. Dəyişən Lebeq fəzalarında bu operatorların məhdudluğu üçün zəruri və kafi şərtlər verilib. Bundan əlavə, BMO-nun müəyyən alt fəzaları üçün bəzi yeni xarakteristikalar əldə edilib. 
 
Link kopyalandı!
Son xəbərlər