Bizi sosial şəbəkələrdən izləyin:
Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi dekabrın 16-dan 18-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək", - MN-dən bildirilib.