Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Çelyabinsk vilayətinin Qarabaş şəhərində məhkum məhkəmə zalında konvoyun işçilərinə hücum edərək onlara zərbələr endirməyə başlayıb.
Qeyd olunur ki, hadisəni törədən 40 yaşlı məhkum Pavel Volosovdur.
Hazırda istintaq hadisənin başvermə şəraitini müəyyənləşdirir.
Məhkuma qarşı əlavə olaraq hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd və həbsdən qaçma maddələri ilə cinayət işi açılıb.