Cəmiyyət
3399
13 Dec 2022 | 21:23

"Vəziyyət göstərir ki, sülhməramlılar Şuşa-Xankəndi yolunda uzun müddət qalmağı planlaşdırırlar"

"Şuşa-Xankəndi yolunda vəziyyət belə deməyə əsas verir ki, sülhməramlılar ərazidə uzun müddət qalmağı planlaşdırırlar".
 
Bu barədə CBC telekanalının efirində hazırda hadisə yerində olan “Global Media Group”un media direktoru Həmid Həmidov açıqlama verib.
 
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yoluna mobil kazarmalar gətirilib.
 
“Belə görünür ki, Şuşa-Xankəndi yolu yaxın zamanda açılmayacaq. Sülhməramlılar heç nəyi izah etmir və heç bir suala cavab vermirlər. Onların ən sevimli bəhanələri isə “Cavab vermək səlahiyyətimiz yoxdur” ifadəsidir”, - H.Həmidov qeyd edib.
 
Həmçinin o vurğulayıb ki, sülhməramlılar özlərini olduqca ehtiyatlı aparır, heç kimlə danışmır, etirazçılara açıqlama vermirlər. Hətta eşidən olmasın deyə, öz aralarında belə pıçıltı ilə söhbətləşirlər.

 

Link kopyalandı!
Son xəbərlər