Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib
Cəmiyyət
3433
13 Dec 2022 | 20:56

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
 
Günün ikinci matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib.
 
Beş gün əvvəl “Azersun Arena”da Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gələn komandalar bu dəfə çempionat çərçivəsində eyni məkanda qarşılaşıblar. Birinci hissəsi qolsuz keçən görüşün taleyini fasilədən sonra vurulan top həll edib. Ramil Şeydayev 68-ci dəqiqədə penaltidən fərqlənərək, “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.
 
Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran Ağdam təmsilçisi qış fasiləsinə lider kimi yollanmağı təmin edib. “Qəbələ” isə aktivindəki 24 xalla 5-ci pillədə qalıb.
 
Günün digər görüşündə “Şamaxı” ilə “Zirə” qolsuz bərabərə qalıb.
 
XVII turun “Kəpəz” – “Sabah” və “Sumqayıt” – “Səbail” oyunları dekabrın 14-də, “Turan Tovuz” – “Neftçi” matçı isə dekabrın 15-də baş tutacaq.
Link kopyalandı!
Son xəbərlər