Ekskluziv
3690
11 Dec 2022 | 13:34

"Yalnız Putin və müdafiə naziri Ukraynadakı müharibəni uğurlu hesab edir..."

"Putin Donbas sakinlərinin müdafiəsini xüsusi hərbi əməliyyatın əsas məqsədlərindən biri kimi müəyyən edib, amma..."
 
"Putinin planları biabırcasına iflasa uğrayır, onun müharibəsinin tənqidi isə hər gün bir qədər də güclənir..."
 
Putin müharibədə uğursuzluq səbəbindən Donbas işğalçılarının dəstəyini itirməkdədir
 
"DXR" liderləri onu açıq şəkildə tənqid edir...
 
Rusiya diktatoru Vladimir Putin öz ordu qoşunlarının Ukrayna qoşunlarını Donetskdən qərbə vurub çıxarmaq və Donbası "qorumaq" qabiliyyətinin olmaması ucbatından  "DXR"- in sabiq aralıq liderlərinin və veteranların dəstəyini itirə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstututunun (ISW) növbəti hesabatında deyilir.
 
Analitiklər qeyd edir ki, artıq tanınmış döyüşçülər, o cümlədən "DXR"-in sabiq "müdafiə naziri" İqor Strelkov-Qirkin Putini açıq şəkildə tənqid edirlər.
 
Terrorçu Putini Ukrayna qüvvələrini Donetskin yaxınlığında artilleriya zonasından sıxışdırıb çıxara bilmədiyindən birbaşa tənqid edib, hərçənd o, Donbas sakinlərinin müdafiəsini "xüsusi hərbi əməliyyat"ın əsas məqsədlərindən biri kimi müəyyən edib.
 
Qirkin o cümlədən Putinin dekabrın 9-da "xüsusi əməliyyat"ı "sabit" adlandırdığı bəyanatını tənqid edib və bəyan edib ki, yalnız Putin və Rusiyanın müdafiə nazirliyi müharibəni uğurlu hesab edir.
 
Bundan başqa, "DXR"-in sabiq "təhlükəsizlik naziri" Aleksandr Xodakovski həmçinin Putinin ünvanına tənqid yağdırıb. O, gözlənilmədən bəyan edib ki, Putinin uzun çəkən hakimiyyəti heç də  tam uğurlu olmayıb.
 
Xodakovski həmçinin qeyd edib ki, vəziyyəti dəyişmək zərurəti barəsində diskusiyalar meydana çıxır, bu zaman o, Mariupolun rekonstruksiyası ətrafında korrrupsiya sxemlərinə eyham vurub və əlavə edib ki, Putinə kifayət qədər korrupsiyalaşmış cəmiyyət miras qalıb, bunu Baş Qərargah rəisi Valeri Gerasimovu kənarlaşdırmaqla aradan qaldırmaq olmaz.
 
O, həmçinin Rusiya Silahlı Qüvvələrini Donetsk şəhərinin müdafiəsi zamanı kontrbatareya atəşinin aparılmamasında ittiham edib.
 
"Qirkinin və Xodakovskinin tənqidi onların Kremlə əvvəlki hücumları ilə müqayisədə misli görünməyən birbaşa tənqiddir. Putunə belə açıq hücumlar müharibəyönümlü "DXR", veteran birlikləri və Putin arasında ixtilafları əks etdirə bilər.
 
Rusiya veteranları və proksi-cəmiyyət çoxdandır ki, Kremli onun hərbi kampaniyasında çatışmazlıqlar barədə xəbərdarlıq edib, lakin Putinin ərafında birləşərək, onun müharibəsinin ən azı Donbasın Rusiya tərəfindən işğalına gətirib çıxaracağına inanıb", - ISW   qeyd edib.
 
İnstitut xatırladıb ki, Lisiçanskın işğalından sonra sosial şəbəkələrdə üzə çıxan videomateriallarda "LXR" döyüşçülərinin "DXR" ərazisi uğrunda döyüşməkdən imtina etdiyi görünür.
 
Analitiklər güman edir ki, Putinin ideoloqları Donbasın işğalı zamanı Donetsk vilayətini Putinin maksimalist məqsədinin-bütün Ukraynanın zəbt edilməsinin üstün vəzifə kimi müəyyən edib.
 
Yeri gəlmişkən, Putinin planları biabırcasına iflasa uğrayır, onun müharibəsinin tənqidi isə hər gün bir qədər də güclənir.
Link kopyalandı!
Son xəbərlər