Onkoloqlar sümük xərçəngi üçün 70% effektivliyə malik vasitə hazırlayıblar
Sağlamlıq
3266
11 Dec 2022 | 12:14

Onkoloqlar sümük xərçəngi üçün 70% effektivliyə malik vasitə hazırlayıblar

Mount-Sinay Klinikasının alimləri yeni sümük iliyi xərçəngi immunoterapiyasının xəstələrin 73%-ni uğurla sağaltdığını bəyan ediblər.
 
Tədqiqat “NEJM”də dərc olunub.
 
Yeni üsul bispesifik anticisim talketamabın işinə əsaslanır. Bu zaman T-hüceyrələri və miyeloma şiş hüceyrələri ilə eyni vaxtda bağlanır. Onların birləşməsi insandakı T-hüceyrələrinin xərçəngi effektiv şəkildə məhv etməsinə imkan verir.
 
Terapiyanın təsiri hətta xərçəngi çoxlu miyeloma üçün təsdiq edilmiş bütün müalicələrə davamlı olan xəstələrdə də müşahidə edilib.
 
Talketamab digər üsullardan fərqli bir istiqaməti, xərçəng hüceyrə reseptoru “GPRC5D”ni hədəfləyir.
 
Yan təsirlər nisbətən ümumi, lakin adətən yüngül idi və səpgi, dad dəyişiklikləri və dırnaq problemlərini əhatə edir.
Link kopyalandı!
Son xəbərlər