Kanadanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
Dünya
3204
09 Dec 2022 | 19:04

Kanadanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı

Kanadanın Moskvadakı səfiri Alison Le Kler Rusiya Xarici İşlər Nazirliyi çağırılıb.
 
XİN tərəfindən Ottavanın normal diplomatik praktikadan kənara çıxan hərəkətlərinə diqqət çəkilib.
 
“Dekabrın 9-da Kanadanın Moskvadakı səfiri Alison Le Kler Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Rusiyanın Ottavadakı səfiri Oleq Stepanovun Kanada Xarici İşlər Nazirliyinə əsassız çağırışlarının artması ilə əlaqədar narazılıq bildirilib. Vurğulanıb ki, Kanadanın rəsmi hakimiyyət orqanları tərəfindən nümayiş olunan rusofobiya diplomatik təcrübə və normadan kənara çıxır”, - deyə nazirlikdən məlumat verilib.(oxu.az)
 
Mənbə: TASS
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər