Bizi sosial şəbəkələrdən izləyin:
Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.
Xətai rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan edilib.
Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
15:35
Daxili İşlər Nazirliyi İctimai fəal Bəxtiyar Hacıyevin polis tərəfindən saxlanılmasına reaksiya verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.
14:28
İctimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.
Bu barədə vəkil Aqil Layıc məlumat yayıb.
O bildirib ki, Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib:
“Hazırda o, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır”.
Vəkil onun jurnalist Ülviyyə Alovlunun şikayəti əsasında saxlanıldığını qeyd edib.