“Caliber”: Bakı və İrəvan ilin sonuna nə ilə çıxırlar? - VİDEO
Siyasət
3186
09 Dec 2022 | 12:38

“Caliber”: Bakı və İrəvan ilin sonuna nə ilə çıxırlar? - VİDEO

Bu il avqustun 31-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının başçısı Şarl Mişelin vasitəçiliyi ilə keçirilən sayca dördüncü üçtərəfli görüşündə növbəti belə tədbiri 2022-ci ilin noyabrında təşkil etmək qərara alınıb.
 
İlk üç görüş eyni şəhərdə, eyni formatda 15 dekabr 2021-ci ildə, bu ilin 6 aprel və 22 may tarixlərində baş tutub.
 
Elə avqustun son günündə keçirilən dördüncü görüşdən sonra ilin sonuna qədər iki Cənubi Qafqaz dövləti arasında sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı danışıqlar olub.
 
Lakin pərdəarxası intriqalar səbəbindən noyabrda Brüsseldə keçirilməsi planlaşdırılan görüş baş tutmadı.
 
Daha ətraflı “Caliber”in yeni süjetində:

Link kopyalandı!
Son xəbərlər