Dünya
3493
08 Dec 2022 | 17:02

"Molla rejimi həbs etdiyi 17-18 yaşlı qızları…" - Güneyli

"Hazırda İranda xalq kütləvi şəkildə etirazını Tehran rejiminə bildirmək üçün küçələrə çıxır. İnqilabdan sonra keçən 43 ildə də millət küçələrə çıxıb. Ancaq bu etirazları həmişə yalnız kişilər aparır, hakimiyyət də asanlıqla yatırırdı".
 
Moderator.az xəbər verir ki, bu sözləri axar.az-a Güney Azərbaycanın milli-siyasi fəalı Eldar Güneyli İran aksiyalarını şərh edərkən deyib.
 
O, aksiyalarda iştirak edən qadınların etirazçıların böyük hissəsini təşkil etdiyinə diqqət çəkib:
 
"Bu gün meydanlarda olan qadınlar say etibarı ilə daha çoxdur. Bu isə məsələni fərqli müstəviyə keçirir. Qadınların etirazlara qoşulması oxun yaydan çıxmasına bənzəyir.
 
Hakimiyyət bu gün 17-18 yaşlı qızları, 14-15 yaşlı oğlanları həbs etdikdən sonra təcavüz edib, sonra sərbəst buraxır. Ona görə də gənclər həbsxanadan çıxdıqdan sonra intihar edirlər. Bu isə hazırki vəziyyətdə İran rejimində əxlaq deyilən anlayış, insani davranışın qalmadığını deməyə əsas verir. Xalq Tehran rejiminin bu kimi əməllərindən daha da hiddətlənir ki, nəticədə hakimiyyətin bu etirazları yatırma ehtimalı tamamilə tükənir. İndi xalqın sadəcə bir məqsədi var: daha az itki verməklə 43 illik təzyiqə, əsarətə son qoymaq".
 
Link kopyalandı!
Son xəbərlər