Bizi sosial şəbəkələrdən izləyin:
Şəmkirdə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü hava limanında saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Noyabrın 17-də saat 9 radələrində Şəmkir rayonunun Çaylı kəndi ərazisində rayon sakini Yalçın Məmmədovun baş və ayaq nahiyəsində xəsarətlər olan meyitinin tapılması barədə polisə məlumat daxil olub.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun VAZ-2016 markalı avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi müəyyən olunub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq RPŞ-yə gətirilib.
Faktla bağlı araşdırma aparılır.