Ekskluziv
3756
07 Dec 2022 | 20:31

"Nuh gəmisi": Təhlükə anında Rusiya rəhbərliyi hara qaçacaq?..

"Hər şey plan üzrə gedir? Hansı plan üzrə?.."
 
"İlkin olaraq qaçış meydançası kimi Çin nəzərdən keçirilib, lakin çinlilər uduzanlara nufrət edir və onlara ümid çox azdır..."
 
"Ümid, deyəsən, Venesuela prezidenti Maduroya qalıb..."
 
Kremldə Rusiyanın ali rəhbərliyinin Ukraynada müharibədə məğlub olacağı və hakimiyyəti itirəcəyi təqdirdə qaçış planı işlənib hazırlanır.
 
Moderator.az xəbər verir ki, bu barədə Vladimir Putinin sabiq əməkdaşı (spiçrayteri) Abbas Qallyamov etibarlı mənbəyə istinadən yazıb. Məlumatı "nv.ua" nəşri yayıb.
 
Onun sözlərinə görə, "Nuh gəmisi" adı altında qeyri-rəsmi layihə üzərində iş yaz aylarından gedir.
 
İlkin olaraq rəhbərliyin yollanacağı meydança kimi Çin nəzərdən keçirilib.
 
Bu təklif "Ukrayna müharibəsinin baş quzğunu" milyardçı Yuri Kovalçukdan gəlib.
 
"Lakin onunla əməkdaşlıq perspektivlərində potensial mühacirlər tezliklə məyus olub. Çinlilər çox ağıllıdır və başqalarına, xüsusilə uduzanlara nifrət edir. Aydın olub ki, onlara ümid çox azdır", - Qallyamov yazıb.
 
Ona görə də hazırda Latın Amerikası ölkələrindən Argentina və Venesuela nəzərdən keçirilir. 
 
Venesuelaya köçmək layihəsilə "Maduro ilə yaxşı şəxsi münasibətləri olan və mühacir layihəsi üzərində hazırda kuratorluq edən" "Rosneft"in rəhbəri İqor Seçin məşğul olur.
 
"Təəssüf ki, mənim mənbəm heç bir başqa təfsilatlara malik deyil.
Lakin deyəndə ki, "hər şey plan üzrə gedir", hansı plan üzrə getdiyini dəqiqləşdirməyin mənası olduğunu anlamağa yetər. Görsənir ki, onların planları birdən xeyli çoxdur", - Qallyamov hesab edir.
 
Bundan öncə Putinin nüvə qışını harada keçirəcəyi bəlli olub, Rusiya prezidentinin geniş bunkerlər şəbəkəsi barədə məlumatlar üzə çıxıb.
 
Abbas Qallyamov rusiyalı politoloq, polittexnoloq, publisist və dövlət xadimidir.
 
2008-2010-cu illərdə baş nazir Vladimir Putinin spiçrayteri (nitq yazanı) olub.
 
2010-2014-cü illərdə Başqırdıstan prezidenti administrasiyası rəhbərinin müavini işləyib. Tarix elmləri namizədidir.
Link kopyalandı!
Son xəbərlər