"Ruslar pul qazanmaqda davam edir..."
"Çoxları səfərbərlikdən qaçıb gedib xaricdə distant işləməkdə davam edir..."
"Elə etmək lazımdır ki, belələri xaricdə işləsin, amma pullarını Rusiyada alsın və vergi ödənişlərinə nəzarət edilsin..."
"Bəzi siysətçilərin belələrinin cəzasız qalmaması üçün israrlı istəyi var, digərləri onları anlamağı və bağışlamağı təklif edir..."
Ölkəni tərk etmiş Rusiya vətəndaşlarının xaricdə yaşamasını "daha az rahat" etmək lazımdır.
Moderator.az xəbər verir ki, bu barədə "Vedomosti" nəşrinə müsahibəsində Rusiya Federasiyasının Dövlət quruculuğu və Konstitusiya qanunvericiliyi üzrə komitəsinin rəhbəri Andrey Klişas bəyan edib.
Bu tədbirlər qismən səfərvərlik elan ediləndən sonra ölkəni tərk etmiş rusiyalılara şamil edilə bilər.
"Onların çoxu qaçıb gedib, amma Rusiya şirkətlərində distant işləməkdə davam edir. Bu mənada biz qanunda elə bir dəyişiklik edə və sxemləri məhdudlaşdıra bilərikmi, xaricdə işləyən insanlara orada işləməyə, amma pullarını burada almağa imkan versin, biz onların vergi ödəyib-ödəməməsini anlaya bilmirik? Edə bilərik", - Klişas deyib, bu zaman hansı normativ aktların korrektə edilməsini göstərməyib.
Senator məsafədən işləməyə-nəqliyyat təhlükəsizliyi və dövlət sektoruna məhdudiyyət qoyulması tövsiyyə edilən "iqtisadyyatın həssas sahələrini" açıqlayıb.
Klişas qeyd edib ki, vətəndaşların bu kateqoriyadan olan nümayəndələri qanunu pozmayıb.
"Mən hesab etmirəm ki, ölkəni tərk edən insanlar cinayət törədib. Əgər onlar cinayət törətsəydilər, müvafiq cinayət işləri açılardı. Lakin onları müxtəlif üsullarla geriyə dönməyə razı salmaq olarmı? Buna görə hər-hansı əlavə imtiyazlar təklif edək? Mən hesab edirəm ki, yox. Nədən biz səfərbərlikdən qaçanlara geriyə dönmələri üçün əlavə ödəniş etməlyik?" - senator deyib.
Onun sözlərinə görə, "insanlar səfərbərlik səbəbindən ölkədən qaçanların belə davranışını pisləyir".
Polioloq Pavel Sklyançuk öz şərhində vurğulayıb ki, ölkə hakimiyyəti ölkəni tərk etmiş vətəndaşlara münasibət məsələsində hələlik mövqe müəyyən etməyib.
"Səfərbərlikdən qaçan vətəndaşları avtomobillərindən, vətədaşlıqdan məhrum etmək, xarici agent hesab etmək, ölkəyə qayıtmalarına qadağa qoymaq təklifləri olub. Bəzi siyasətçilərin belələrini cəzasız qalmaması üçün israrlı istəyi var, digərləri onları "anlamağı və bağışlamağı" təklif edir.
Sonradan Andrey Klişas qanunvericilikdə xaricdə işləmək və buna görə Rusiyadan pul almaq imkanını məhdudlaşdıran mümkün dəuişiklikləri bircə sözlə SİTA-ya şərh edib: "Yox".