Zelenskini yuxuda gördüyünə görə Rusiya vətəndaşına cinayət işi qaldırıldı...
Ekskluziv
4610
05 Dec 2022 | 07:57

Zelenskini yuxuda gördüyünə görə Rusiya vətəndaşına cinayət işi qaldırıldı...

Rusiyanın Çita şəhərində yerli sakinə qarşı sosial şəbəkədə Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə gördüyü yuxunun şərhi ilə bağlı paylaşım etdiyinə görə  "Rusiya Federasiyası Silahlı Qüvvələrinin ləkələnməsi" maddəsi ilə cinayət işi qaldırılıb. 
Moderator.az xəbər verir ki, bu haqda  dekabrın 4-də "Astra" teleqram-kanalı məlumat yayıb.
 
26 yaşlı rusiyalı İvan Losev "İnstaqram"da "Ukrayna Prezidenti", "Ukrayna Silahlı Qüvvələri sözləri, habelə "Ukraynaya eşq olsun!" və "Qəhrəmanlara eşq olsun" şüarları xatırlanan yuxusunu təsvir etdiyi paylaşım yerləşdirib. İ.Losevin bu və daha 5 digər şərhi hüquq-mühafizə orqanları tərəfindən Rusiya ordusunun diskreditasiyası kimi qiymətləndirilib.
"Bu gün yuxuda səfərbər olunduğumu gördüm. Məni hansısa hazırlıq düşərgəsinə gətirdilər. Və bu məqamda Zelenskinin rəhbərlik etdiyi Ukrayna Silahlı Qüvvələri hər kəsi tutub qolunu bağladılar və güllələməyə hazırlaşdılar. Elə bu anda Zelenski mənə yaxınlaşaraq dedi: "Ooo, mən sənin "İnstaqram"dakı şərhlərini görmüşəm. Ukraynaya eşq olsun!"  Mən də ona cavab verdim: "Ukraynaya eşq olsun!  Qəhrəmanlara eşq olsun!".  Bundan sonra Ukrayna lideri sevinclə mənim çiynimə vurdu və əmr verdi:" Bunu buraxın, qalanların hamısını güllələyin!" Və o an Zelenski ilə foto çəkdirməyə macal tapmadan yuxudan oyandım" -Rusiya vətəndaşı  belə bir post yazıb.
.
İ.Losev barəsində "donos"u isə Çitadan 400 km uzaqda işləyən Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FSB") Zabaykalye diyarı üzrə operativ əməliyyatçısı D.V. Volkov yazıb. O, vətəndaşın sosial şəbəkədəki yazılarını izləyirmiş...
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər